Top Event
Top
JW Marriott Abşeron Bakı Hoteli
Sosial Tədbir
AHK Sommerfest 2024
Məkan
JW Marriott Abşeron Bakı Hoteli
674, Azadlıq meydanı
AZ 1010
Bakı
Azərbaycan
http://www.marriott.com/hotels/maps/travel/gydjw-jw-marriott-absheron-baku/
Show place in map
Tədbirin dili
Tədbir ingilis/azərbaycan dillərində keçiriləcək
Üzvlər üçün 100 AZN
Qeyri-üzvlər üçün 130 AZN
Tədbirin başlanma tarixi
02.06.2024 · 18:30
Tədbirin bitmə tarixi
02.06.2024 · 23:30
Qeydiyyat

Tədbir bütün maraqlanan şəxslər üçündür

Qeydiyyat

Əziz AHK üzvləri və tərəfdaşları,

AHK Azərbaycan Sizi böyük məmnuniyyətlə 02 iyun 2024-cü il tarixində, bazar günü saat 18:30-da JW Absheron Marriot Hotel’i, Sharg Ballroom’da (Azadlıq Meydanı 674) keçiriləcək ənənəvi AHK Sommerfest tədbirinə dəvət edir. Canlı musiqinin müşayiəti ilə əyləncəli ab-havada ləzzətli təamlardan dadaraq, gözəl mənzərəli məkanda AHK üzvləri və tərəfdaşları ilə xoş yay axşamını birgə keçirməkdən zövq alacaqsınız.

Nəzərinizə çatdırırıq ki, iştirakınız yalnız əvvəlcədən qeydiyyatdan keçməklə mümkündür. Tədbirdə iştirak üçün Sizdən online link vasitəsilə 29 may 2024-ci il tarixinədək qeydiyyatdan keçməyinizi xahiş edirik.

Biletlərin qiyməti AHK Azərbaycana üzv olan şirkət nümayəndələri üçün 100,- AZN (1 nəfər üçün), qeyri-üzvlər üçün 130,- AZN (1 nəfər üçün) təşkil edir. Ödənişləri ən geci 31 may 2024-cü il tarixinədək təqdim etməyinizi xahiş edirik, əks halda, təəssüf ki, sifarişləriniz ləğv ediləcəkdir.

Əlavə sualınız olduğu halda, bizimlə ravana.guliyeva(at)ahk-baku.de e-mail ünvanı və ya +994 12 497 63 06 telefon nömrəsi vasitəsilə əlaqə saxlamağınızı Sizdən xahiş edirik.

AHK Sommerfest tədbirində Sizi salamlamağa və Sizinlə birlikdə xoş axşam keçirməyə şad olardıq!

Rəvanə Quliyeva

Rəvanə Quliyeva

Layihə rəhbəri l Nümayəndə heyəti səfərləri l SES l Messe München